PSV-nin müdafiəçisi Serjino Dest zədəsini sağaldıb.
Msport.az xəbər verir ki, ABŞ millisinin üzvü tezliklə yaşıl meydanlara qayıdacaq.
Niderland klubunun baş məşqçisi Peter Boş sağ cinah oyunçusunun bu gün “Herenven”lə matçda iştirakının gözlənildiyini açıqlayıb.
Qeyd edək ki, sabiq “Barselona”lı ötən ilin aprelində çarpaz bağ yırtılması səbəbindən bir ilə yaxındır oynamır.