“Mançester Siti” “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqaya göz dikib.
Msport.az xəbər verir ki, “şəhərlilər” yayda “kral klubu”nun futbolçusunu transfer etməyi planlaşdırır.
Həmçinin madridlilər də buna əks həmlə etmək niyyətindədir. Belə ki, İspaniya nəhəngi Kamavinqanın gedişi təqdirində qarşı tərəfdən Bernado Silva və ya İlkay Gündoğanı heyətə cəlb etməyi nəzərdən keçirir.
Qeyd edək ki, Kamavinqanın “Real”la müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.