“Nürnberq”in baş məşqçisi Miroslav Kloze növbəti dəfə millimizin hücumçusu Mahir Emreli barədə fikirlərini bildirib. Msport.az xəbər verir ki, o, hücumçunun Ramazan ayında necə formada olması ilə bağlı sualı cavablandırıb:
“Bizim Mahirlə çox yaxşı söhbətlərimiz oldu. Mən oynadığım dövrdə də komanda yoldaşlarımın bəziləri Ramazanda nə yeyirdilər, nə də maye qəbul edirdilər. Mən bir məşqçi kimi belə məsələlərə çox ehtiyatlı davranmalıyam. Mahir də çalışır, mən bunu gizlətmirəm. Mahir çox ciddi şəkildə oruc tutur. Yeganə istisna – oyun günləridir. Həmin günlərdə o, fasilə edir. Ramazandan sonra həmin günlərin orucunu tutacaq”.