“Araz Naxçıvan” bu gün “Live Bona Dea Arena”da “Qarabağ”ı qəbul eədəck. Msport.az xəbər verir ki, Naxçıvan təmsilçisi Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq.
Mərkəz müdafiəçisi İqor Ribeyro 4-cü sarı vərəqəni alıb cəzalı duruma düşdüyündən komandasına kömək edə bilməyəcək. Ondan başqa, Vanderson Melo da cəzalıdır. Braziliyalı futbolçu bu mövsüm artıq 8 sarı vərəqə alıb. Ramon Maçado və Mustafa Əhmədzadə isə zədə səbəbindən “Qarabağ”a qarşı matçda meydana çıxa bilməyəcəklər.