AZ

Cəmi 11 qol qaldı…

MHL-də son günlər keçirilən oyunlarla bağlı bəzi maraqlı məqamlar var.

Fevralın 25-26-da “San-Xose” ilə “Ottava”nı məğlub edən “Vinnipeq” qələbə seriyasını 11-ə çatdırdı. Heç bir başqa komanda cari mövsümdə belə uzun qələbə seriyası ilə öyünə bilməz.

Düzdü, “Vinnipeq” səfərdə “Neşvill”ə uduzdu, bununla da seriya qırıldı. Buna qədər sonuncu məğlubiyyət (2:5) yanvarın 21-də “Yuta” ilə oyunda qeydə alınmışdı. “Cets” hazırda 87 xalla Qərb konfransının turnir cədvəlinə başçılıq edir.

“Vaşinqton” fevralın 26-də evdə “Kalqari”yə uduzdu. Paytaxt klubunun yeganə qolunu Aleksandr Oveçkin vurdu. Cari mövsümdə 30-cu qolunu vuran rusiyalı ulduz MHL tarixində 39 və daha artıq yaşda bu həddə çatan 4-cü hokkeyçidi. Əvvəllər bunu yalnız Qordi Hau, Conni Butsiku və Teemu Selyanne bacarmışdı.

Oveçkin karyerasında 19-cu dəfə mövsümdə 30 qol həddinə çatdı ki, bu da MHL rekordudu. 39 yaşlı rusiyalı artıq dünyanın ən nüfuzlu hokkey liqasında 883 qol vurub.

O, indi kanadalı Ueyn Qretskidən (894) cəmi 11 qol geri qalır.

25 fevral
Vinnipeq – San-Xose 2:1 ОТ (0:1, 0:0, 1:0, 1:0)
Los-Anceles – Veqas 5:2 (1:0, 0:2, 4:0)

26 fevral
Boston – Toronto 4:5 ОТ (2:0, 1:1, 1:3, 0:1)
Baffalo – Anahaym 3:2 (0:1, 0:1, 3:0)
Kolambus – Dallas 6:4 (2:1, 2:2, 2:1)
Monreal – Karolina 4:0 (2:0, 1:0, 1:0)
Filadelfiya – Pittsburq 6:1 (2:0, 3:1, 1:0)
Tampa-Bey – Edmonton 4:1 (1:1, 2:0, 1:0)
Vaşinqton – Kalqari 1:3 (0:2, 0:0, 1:1)
Aylenders – Reyncers 1:5 (1:3, 0:2, 0:0
Minnesota – Detroyt 2:3 (2:0, 0:2, 0:1)
Neşvill – Florida 1:4 (0:1, 0:1, 1:2)
Sent-Luis – Sietl 7:2 (2:0, 4:0, 1:2)
Yuta – Çikaqo 2:1 (0:1, 1:0, 1:0)

27 fevral
Ottava – Vinnipeq 1:4 (0:2, 1:1, 0:1)
Kolorado – Nyu-Cersi 5:1 (1:0, 0:0, 4:1)
Los-Anceles – Vankuver 2:3 ОТ (0:1, 0:1, 2:0, 0:1)

28 fevral
Boston – Aylenders 1:2 (0:1, 0:1, 1:0)
Karolina – Baffalo 5:2 (3:1, 1:0, 1:1)
Detroyt – Kolambus 2:5 (0:0, 2:4, 0:1)
Florida – Edmonton 4:3 (1:1, 1:1, 2:1)
Monreal – San-Xose 4:3 ОТ (2:2, 0:1, 1:0, 1:0)
Pittsburq – Filadelfiya 5:4 ОТ (0:1, 3:3, 1:0, 1:0)
Tampa-Bey – Kalqari 3:0 (1:0, 0:0, 2:0)
Vaşinqton – Sent-Luis 2:5 (1:2, 1:2, 0:1)
Neşvill – Vinnipeq 2:1 (2:1, 0:0, 0:0)
Yuta – Minnesota 6:1 (2:0, 1:1, 3:0)
Anahaym – Vankuver 5:2 (0:2, 3:0, 2:0)
Veqas – Çikaqo 7:5 (5:1, 1:2, 1:2)

Seçilən
3
football-plus.az

1Mənbələr