AZ

“Araz Naxçıvan” “Qarabağ”dan xal ala biləcəkmi?

Bu gün Azərbaycan Premyer Liqasının 26-cı tura start veriləcək. 

Msport.az xəbər verir ki, ilk gündə bir oyun olacaq.  “Araz-Naxçıvan” Mərdəkanda “Qarabağ”la qarşılaşacaq.

Hesabında 60 xalı olan Ağdam təmsilçisi turnir cədvəlində 1-ci yeri tutur. Son 5 turda qələbə qazana bilməyən Naxçıvan təmsilçisi isə 46 xalla 3-cü pillədədir.

Qeyd edək ki, turun digər oyunları martın 9-da və 10-da keçiriləcək.

Misli Premyer Liqası, 26-cı tur

8 mart

19:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər:
 Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
“Liv Bona Dea Arena”

9 mart

15:00. “Şamaxı” – “Sabah”

17:30. “Zirə” – “Səbail”

10 mart

17:00. “Sumqayıt” – “Kəpəz”

19:30. “Neftçi” – “Turan Tovuz”

Seçilən
20
msport.az

1Mənbələr