AZ

Millinin Yunanıstana gedəcək heyəti bəlli oldu

Azərbaycanın futzal millisinin AÇ-2026-nın əsas mərhələsində Yunanıstanla oyun üçün Afinaya aparılacaq yekun heyəti açıqlanıb.

Fanat.Az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlığın Bakı mərhələsini bitirən baş məşqçi Vitali Borisov səfərə 14 futzalçı ilə yollanacaq.

Komanda bu gecə Bakı-İstanbul-Afina reysi ilə matçın keçiriləcəyi ölkəyə yola düşəcək.

1. Emin Kürdov - Araz-Naxçıvan
2. Novruz Kazıxanov - Araz-Naxçıvan
3. Emil Həsənzadə - Neftçi İK
4. Xəzər Ağalızadə - Araz-Naxçıvan
5. Tofiq Mikayılov - Baku Fire
6. Kənan Manafov - Baku Fire
7. Oktay Rüstəmli - Baku Fire
8. Nihad İsmayılov - Baku Fire
9. Fərid Atakişiyev - Neftçi İK
10. Ülvi Əliyev - Araz-Naxçıvan
11. Eldar Zeynalov - Neftçi İK
12. Nurlan Mehdizadə - Baku Fire
13. Kamran Hacıyev - Baku Fire
14. Murad Quluzadə - Baku Fire

Qeyd edək ki, Yunanıstan - Azərbaycan görüşü martın 11-də Afinada baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Seçilən
4
1
fanat.az

4Mənbələr