AZ

"Zirə" Mozambik yığmasının üzvü ilə anlaşdı - RƏSMİ

“Zirə” yeni futbolçu ilə anlaşıb. 

Fanat.Az xəbər verir ki, qəsəbə təmsiloçisi "Quima" ləqəbli Rikardo Martins Gimaraynşı heyətinə qatıb. 

Məlumatı klubun mətbuat xidməti yayıb. Mozambikli yarımmüdafiəçiylə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb. 

Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın "Oliveyrense", "Sportinq B", "Akademika", "Çaves", Polşanın "LKS Lodz" Türkiyənin "İğdırspor" klublarında çıxış edib. O, son olaraq Türkiyənin I Liqasında oynayıb və keçirdiyi yarım mövsüm ərzində 13 matça çıxıb. Quima qardaş ölkə təmsilçisindən yanvarda ayrılıb.

Mozambik millisinin üzvü olan futbolçu yığmada keçirdiyi 15 oyunda 2 dəfə fərqlənib.

Seçilən
3
45
fanat.az

10Mənbələr