AZ

Ronaldudan unikal göstəriciyə imza atdı - Mükəmməl balans

Portuqaliya millisinin və “Əl-Nəsr” kklubunun kapitanı Kriştianu Ronaldu “Əl-Şəbab”la çempionat matçında (2:2) karyerasının 926-cı qolunu vurub.

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, bununla da o, özünəməxsus nailiyyətə imza atıb. 

Portuqaliyalı ulduz 30 yaşdan sonra vurduğu qolların sayını 463-ə çatdırıb. Hansı ki, o, 30 yaşa qədər də məhz bu sayda qola imza atıb.

40 yaşlı forvard butslarını divardan asmaq fikrində deyil, əksinə, qarşısına daha böyük hədəf qoyub. O, 1000 qol həddinə çatmağa can atır. Ronalduya bunun üçün cəmi 74 qol lazımdır. 

Mirağa

Seçilən
6
fanat.az

1Mənbələr