AZ

Mahir oyun günlərində də oruc tutacaqmı? - Miroslav Kloze açıqladı

Mahir Emrelinin martın 1-dən etibarın oruc tutmağa başladığından xəbərdarsız. "Bild" nəşrinin məlumatına görə, gün ərzində ac və susuz qalan həmyerlimiz məşqlərdə fəal çıxış edə bilmir.

Ramazan ayının bir ay davam etdiyini nəzərə alsaq, futbolçu komandadakı mövqeyini itirə bilərmi? Onsuz da uzun müddətdi forma şansı qazanmaqda çətinlik çəkən Mahirin növbəti oyunlarda aqibəti necə olacaq?

"Football-plus.az" xəbər verir ki, "Nürnberq"in baş məşqçisi Miroslav Kloze "Bild"ə açıqlamasında buməqamlara aydınlıq gətirib:

"Mahir hörmətəlayiq futbolçudu. Ona dəyər verdiyimi heç vaxt gizlətməmişəm. Bu məsələylə bağlı özü ilə söhbət etdim. Bəli, oruc tutur və bu üzdən bəzi çətinliklərlə üzləşməsi normaldı. Futbolçu olduğum dövrdə oruc tutan komanda yoldaşlarım var idi. Mahiri yaxşı başa düşürəm. O, hər Ramazan ayında ibadətlərini yerinə yetirir. Baş məşqçisi olaraq ona lazımi tövsiyələr verdim. Oyun günlərində oruc tutmayacaq. İrəlidə həmin günün əvəzinə oruc tuta bilər".

Xatırladaq ki, "Nürnberq" sabah Almaniyanın 2-ci bundesliqasının 25-ci turu çərçivəsində "Münster"in qonağı olacaq.

KƏNAN BAHADIR
Seçilən
4
football-plus.az

1Mənbələr