AZ

"Rəqib son matçlarda məğlubiyyətlər yaşayıb" - "Sərhədçi"nin baş məşqçisi

“Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının XVII turunda keçirəcəkləri “Abşeron”la oyunla bağlı danışıb. 

Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis oyundan öncə klubun mətbuat xidmətinə açıqlamasında belə deyib:

“Bu gün tam heyətlə oyuna çıxacağıq. Çox yaxşı hazırlaşmışıq. Marlon Teylor da zədəsini sağaldaraq geri dönüb. Rəqib son matçlarda məğlubiyyətlər yaşayıb. Bizimlə eyni sayda qələbələri var. Çox önəmli oyun olacaq. Rəqibin əsas oyunçularının geri dönüb-dönmədiyini bilmirik. Yeni və köhnə oyunçularımız bir-birilərinə yaxşı uyğunlaşıblar. Fərqli meydanda oynayacağıq, matçı qazanmağa və növbəti tura keçməyə çalışacağıq”.

Qeyd edək ki, bu gün Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək “Abşeron” - “Sərhədçi” görüşü saat 19:00-da başlayacaq.

Seçilən
0
fanat.az

1Mənbələr