AZ

Tramp DÇ-2026 ilə bağlı sərəncam imzaladı, özünü sədr təyin etdi

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq məqsədi ilə Ağ Evdə işçi qrupu yaradılıb. 

Fanat.Az xəbər verir ki, məlumatı "Fox News" yayıb.

ABŞ prezidenti Donald Tramp bununla bağlı sərəncam imzalayıb. O, işçi qrupun sədri olub. Vitse-prezidenti Ceyms Devid Vens isə sədr müavini təyin edilib. 

Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

Seçilən
9
fanat.az

1Mənbələr