AZ

Neymarı "Barselona"dan başqa, daha bir Avropa nəhəngi istəyir - Danışıqlar başladı

"Santos"un hücumçusu Neymar yenidən Avropada oynamaq istəyir. 

Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb. 

Mənbə ulduz futbolçu işləyən tanınmış agent Pini Zahavinin artıq iki Avropa nəhəngi ilə danışıq apardığını vurğulayıb. Onlardan birinin "Barselona" olduğu məlumdur. Digəri isə "Bayern Münhen"dir. Bunlar Zahavinin ən yaxşı münasibətləri olan klublardır. 

Neymar özü yenidən "Barselona"ya dönməyə can atır və buranın onun üçün ən yaxşı yer olacağına inanır.

Neymar zədə səbəbindən bir ildən çox müddətdən sonra formaya qayıdır. “Əl-Hilal” da uğursuz çıxışından sonra o, “Santos”da özünü yaxşı tərəfdən göstərməkdədir. Təsadüfi deyil ki, 33 yaşlı futbolçu ulduz forvard uzun fasilədən sonra yenidən Braziliya millisinə çağırılıb. 

Mirağa

Seçilən
12
fanat.az

1Mənbələr