AZ

8 Mart Beynəlxalq Qadınlar Gününə sözönü

Tikanlı məftillərdən gül-çiçəyədək

Qadın Yer üzünün ən müqəddəs, şərəfli, Cənnətin ayaqları altında olan varlığıdır. Lakin planetimizin bir sıra guşələrində elə yerlər var ki, onlar da bəşəri azadlıqlardan danışır, lakin bütün bunlar sözdən uzağa keçə bilmir. Yəni, insanların bəşəri hüquqları var gücü ilə tapdalanır, zorakılıq dövlət siyasəti səviyyəsində həyata keçirilir. Vətənimizin Şimali ilə Cənubi arasındakı vəziyyətə nəzər salsaq açıq-aşkar fərqlər aydın görünür. Yalnız bir məsələyə - hicaba nəzər salaq.

Vətənin Şimali ilə Cənubuna baxanda elə bilirik ki, tamam fərqli qitələrdəyik. Bir tərəfdə Kişilər sevimli insanları gül-çiçək dəstələri ilə təbrik edir, digərində isə hicabsız cəmiyyət uğrunda mübarizə aparan xanımlarımız, övladlarımız, qız-gəlinlərimiz dar ağacını belə seçməkdən çəkinmirlər. İstəməzdik bu bayram günündə onlarca məhbusun adını çəkək. Amma nə edəsən, həqiqəti danışmadıqsa qarşı tərəfin insafa gələcəyini gözləmək əbləhlikdir. Burada bir misal da yada düşür: “Zülmün topu var, gülləsi var, qalası varsa, haqqın da bükülməz qolu, dönməz üzü vardır”.

Bizə isə Cənublu ana-bacılarımıza qələbəli günlərin yaxınlaşmasını arzulamaqla yanaşı bütün İrana, mübariz insanlara qələbə və yalnız qələbə arzulayırıq!

Rəhim Hüseynzadə,
Azərbaycan Demokrat Firqəsinin Sədri

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
151
49
Demokratikmusavat.com

10Mənbələr