AZ

Ayan gümüş medal qazandı - DÇ

Ayan Allahverdiyeva Monteneqroda keçirilən 20 yaşlı şahmatçılar arasında dünya çempionatında çıxışını başa vurub.

"Football-plus.az" xəbər verir ki, şahmatçımız sonuncu – 11-ci turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bununla xalını 8-ə çatdıran Ayan Allahverdiyeva dünya çempionatının gümüş medalına sahib çıxıb.

Qeyd edək ki, mundialda 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.

Seçilən
16
3
football-plus.az

7Mənbələr