Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “SHACMAN” markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb. Qəza zamanı yük maşını aşıb, yük yerində olan torqaq əraziyə dağılıb. Həmçinin, evin hasarı uçub. Yük maşının evin hasarına çırpılması zamanı 1 nəfər yüngül xəsarət alıb.
Son Yazılar:
- Renat Dadaşov komandasına qələbə qazandırdı
- Doqquzuncu günün duası – İmsak və iftar vaxtı
- Ucarda avtomobillə traktor TOQQUŞDU
İlkin məlumata görə, qəzaya səbəb sürücün sərt döngədə düzgün manevir etməməsi olub.
Faktla bağlı araşdırma aparılır.