AZ

İbtidai sinif şagirdi dava zamanı həmyaşıdını bıçaqlayıb

Çelyabinskdə küçələrin birində ibtidai sinif şagirdləri arasında dava baş verib; azyaşlılardan biri bıçaqlanıb.

SİA-nın məlumatına görə, bu barədə “Alovla Çelyabinsk” Telegram kanalı yazır.

Davada 7-11 yaşlı uşaqlar iştirak edib. Bir uşaq yaralanıb. “Kiçiy”in arxadan təpiklə vurulduğu bildirilir. Uşaqlar köməkçağırıblar. Maraqlıdır ki, yoldan keçənlər azyaşlılarınmünaqişəsinə müdaxilə etməyiblər.

Şəhər polisi dava iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir.

Nazlı Almuradova

Seçilən
7
sia.az

1Mənbələr