AZ

"Gün çıxandan batana qədər ac və susuz qalır... Xeyli güc itirib" - Mahir oruc tutur

Martın 1-dən etibarən müsəlmanlar üçün müqəddəs Ramazan ayı başladı. Təbii ki, hazırda oruc tutanlar sırasında xeyli futbolçu da var. Sən demə, Mahir Emreli də onlardan geri qalmayıb.

"Football-plus.az" "xəbər verir ki, "Bild" nəşri həmyerlimizin ibadətinin ona çətinlik yaratdığı haqda məlumat yayıb:

"Nürnberq"in formasını geyən hücumçu qatı dindardı. Razaman ayı girəndən sonra oruc tutmağa başlayan futbolçu indi məşqlərdə özünü yaxşı tərəfdən göstərməkdə çətinlik çəkir. O, xeyli yavaşıyıb. Azərbaycanlı gün çıxandan batana qədər ac və susuz qalır. Oyunçu bu üzdən xeyli güc itirib. Mahir hücumçu yoldaşlarıyla rəqabətdə uduzur. Görünür, o, sabah "Nürnberq"in "Münster"in qonağı olacaq matçda da start heyətində meydana çıxa bilməyəcək".

KƏNAN BAHADIR
Seçilən
4
football-plus.az

1Mənbələr