
"Amerika və Ukrayna arasında 12 martda keçiriləcək danışıqların Ər-Riyada keçirilməsi planlaşdırılır. Bunun səbəbi, Ukraynanı Avropa İttifaqının tərəfdaşlarından ayırmaq və onların təzyiqindən qaçmaqdır". “Ulusum”.az xəbər verir ki, bu barədə Britaniyalı analitik Aleksandr Merkuris YouTube-da açıqlama verib. Görüş yüksək səviyyədə olacaq, lakin dövlət başçıları iştirak etməyəcək."Niyə Ər-Riyad? Niyə Paris və ya Ramştayn deyil? Məncə, amerikalılar Ukraynanın Avropa ilə yaxın əlaqədə olmasından və onların Vaşinqton üzərində təzyiq göstərməsindən narahatdırlar", — deyə ekspert açıqlama verib.O, həmçinin vurğulayıb ki, Ukrayna tərəfi həmişə Avropaya, o cümlədən gizli məlumatları, danışıqların məzmununu çatdırır ki, birgə mövqe hazırlansın. "Bu səbəbdən ABŞ üçün danışıqları öz üstünlüyü ilə aparmaq vacibdir", — deyə Merkuris sözlərini yekunlaşdırıb.
Diqqət Çəkənlər
Rabatda Azərbaycan səfirliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
"Ulusum".az Beynəlxalq Qadınlar Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib
8 Mart – Qadınların Gücü və Əzmi: Təbriklərimiz Sizinlədir!