AZ

Neftçalada Beynəlxalq Qadınlar günü qeyd olunub, iftar süfrəsi açılıb – FOTOLAR

Neftçala rayonunda 8 mart Beynəlxalq Qadınlar Günü qeyd olunub və Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil olunub.

8 Mart Beynəlxalq Qadınar Günü və Mübarək Ramazan ayı ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xanımlar üçün iftar süfrəsi təşkil olunub. İftar süfrəsində Qurani Kərimdən surələr oxunub, Ramazan ayının fəzilətlərindən, bu ayın insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından danışılıb və Ramazan duası oxunub.

Tədirdə Neftçala RİH-nin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı və Günay Ağamalı, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə qazisi Hacı Hüsnü Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbənin müdiri Sənan Xəlilov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri, rayonun ictimai siyasi, sosial mədəni həyatında aktik iştirak edən xanımlar iştirak edib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək, Azərbaycan qadınının ictimai-siyasi həyatda rolu, aktivliyi mövzusu daim aktual olub və bu gün də aktuallığını saxlamaqdadır. Azərbaycanın ictimai-fikir tarixinə nəzər salsaq aydın şəkildə görəririk ki, Azərbaycan qadını bütün dövrlərdə ləyaqətini uca tutaraq öz mübarizliyi ilə tanınıb, cəmiyyətimizdə uğurlu təmsil olunmaqla yanaşı, Vətənin müdafiəsində fədakarlıq nümayiş etdirərək döyüş meydanlarında da şücaət göstərib.

RİH-n başçısı bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli inkişaf strategiyasının əsas tərkib hissələrindən biri elə qadınların ictimai-siyasi həyata çıxışını asanlaşdırmaq, onların dövlət idarəçilik sistemində irəli çəkilməsi məsələləri daim diqqətdə saxlanılması olub. Regionun güclü dövlətinə çevrilən ölkəmizdə bu gün gender siyasətinin reallaşdırılması məsələlərində yeniliklərə imza atılır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Ulu Öndərin laiqli davamçısı Prezident cənab İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi əsas prioritet istiqamətlərdəndir. Azərbaycanda qadın hərəkatından və ümumilikdə qadınların cəmiyyətdəki fəallığından danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti göz önündədir. Məhz Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadınının nə dərəcədə böyük qüvvə olduğunu, hansı uğurlu nəticələrə imza atmasının şahidi oluruq. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində parlaq təcəssümünü tapıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, qabaqcıl təhsil işçisi Ruhəngiz Nəcəfova 8 mart Beynəlxalq Qadınlar Günü və Ramazan ayı münasibətilə bütün xanımları təbrik ediblər, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini, hazırda bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onların fədakar əməyinin yüksək qiymətləndirildiyini, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verildiyini, orden və medallarla təltif olunduğunu diqqətə çatdırılıb.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyi tərəfindən hazırlanan musiqili- bədii proqramla davam etdirilib.

Seçilən
69
3
interpress.az

8Mənbələr