AZ

Klozedən Mahirə şok mesaj: “çox gözləyəcəksən...” – baş məşqçi narazıdı

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Mahir Emrelinin çıxışını dəyərləndirib.

“Football-plus.az” “Bild”ə istinadla xəbər verir ki, mütəxəssis həmyerlimizin 2-ci bundesliqanın 24-cü turu çərçivəsində “Hannover 96”ya (1:2) qarşı top qovduğu matçdakı performansı haqda danışıb. O deyib:

“Mahir özü istəyəndə çox yaxşı performans göstərir və mənim xoşuma gəlir. Bu futbolçu topla oynamağı bacarır. İstədiyi vaxt topu əldə edə bilir. Amma bəzən də topun ona gəlməsini gözləyir. Sən yerində qalıb topun ayaqlarına gələcəyini gözləyirsənsə, çox gözləyəcəksən”.

Qeyd edək ki, “Bild” Klozenin Mahirdən narazı qaldığını yazıb. Nəşr bildirib ki, Mahirin topsuz qaldığı anlarda nümayiş etdirdiyi davranış baş məşqçini razı salmır.

KƏNAN BAHADIR
Seçilən
3
football-plus.az

1Mənbələr