Xavi Ernandesin bu il işsizliyə son qoyması gözlənilir. Artıq onun İtaliyada qərar tuta biləcəyi haqda xəbər yayılıb.
“Barselona”nın sabiq baş məşqçisi növbəti mövsümdən “Yuventus”a başçılıq edə bilər. “El Nacional”ın məlumatına görə, Turin klubunun rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə Tyaqo Motta ilə yolları ayırmaq istəyir.
İtaliya nəhənginin başbilənləri Xaviyə Mottanın xələfi gözü ilə baxırlar. İspaniyalı mütəxəssis isə “qoca sinyora”nın baş məşqçisi olacağı halda 21 yaşlı Fermin Lopesi “Barselona”dan Turinə aparmaq istəyir.
Xatırladaq ki, Xavi 2024-cü ilin mayında “Barselona”dan ayrılandan sonra işsizdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta