AZ

Dələduzluqda 95 min manat ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

 

Sumqayıt şəhəri ərazisində bir nəfərin 95000 manatının etibarından sui-istifadə etmək yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 32 yaşlı şəhər sakini H.Həsənli müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Tarix: 8 Mart 2025, 12:26   
Seçilən
46
7
pravda.az

10Mənbələr