AZ

Üçqat olimpiya çempionu vəfat etdi

Sərbəst güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyev martın 2-də Moskvada vəfat edib.

Dağıstan Respublikasının Sərbəst Güləş Federasiyasının icraçı direktoru Mahmud Məhəmmədov 49 yaşlı Saytiyevin ürəkağrısından əziyyət çəkdiyini bildirib:

“Ölümə səbəb ürəyinin dayanması olub. Buna qədər ağciyərindən müalicə alıb. Ailəsi də Moskvadadı. Bizim üçün çox böyük itkidi. Buvaysarın yoxluğuna inanmaq çətindi”.

Xatırladaq ki, Saytiyev 7 kq çəki dərəcəsində 1996, 2004 və 2008-ci illərdə keçirilən Olimpiya Oyunlarının qalibi, altıqat dünya və Avropa çempionu olub.
Seçilən
7
football-plus.az

1Mənbələr