AZ

Fransa və Almaniya münaqişə ərəfəsindədir, niyə..?

Fransa və Almaniya arasında AB-nin müdafiə sənayesinə 150 ​​milyard avroluq investisiya təklifi ilə bağlı gərginlik yaranıb. SİA-nın məlumatına görə, bu barədə Financial Times məlumat yayıb.

Fransa prezidenti Emmanuel Makron, "Xərclər yenidən qeyri-Avropa olacaq yeni hazır həllərə yönəlməməlidir" deyib.

Öz növbəsində Almaniya kansleri Olaf Şolz bəyan edib ki, təşəbbüs həm də Avropa İttifaqının üzvü olmayan həmfikir tərəfdaşlar üçün açıq olmalıdır.

Martın 4-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının 800 milyard avro məbləğində yenidən silahlanması planını təklif edib.

Avropa Komissiyası həmçinin Avropa İttifaqı ölkələri üçün hava hücumundan müdafiə sistemlərinin və Ukraynada silahların istehsalı üçün isə 150 milyard avro kredit cəlb etmək niyyətindədir.

Fevralın sonunda “Financial Times” qəzeti avropalı rəsmilərə istinadən xəbər verir ki, Avropa İttifaqı ölkələri Avropanın yenidən silahlanma bankının və ümumavropa müdafiə maliyyəsi üçün fondun yaradılmasını müzakirə edir.

Əli Babayev

Seçilən
14
sia.az

1Mənbələr