AZ

Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 8 mart, AZƏRTAC

Sumqayıt şəhəri ərazisində bir nəfərin 95000 manatının etibarından sui-istifadə etmək yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 32 yaşlı şəhər sakini H.Həsənli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 

Seçilən
45
7
azertag.az

10Mənbələr