AZ

Rusiyanın iki regionunda Telegram bloklanıb...

...Telegram messenceri bloklanıb. Dağıstan və Çeçenistanda işləmir. Belə tədbirlər hüquq-mühafizə orqanlarının müraciəti əsasında həyata keçirilib.

SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bunu Dağıstan Respublikasının rəqəmsal inkişaf naziri Yuri Qamzatov deyib.

Şənbə günü nazir qeyd edib ki, Telegram-ın iki regionda bloklanması barədə qərar federal səviyyədə qəbul edilib. ...Düşmənlər tərəfindən tez-tez istifadə olunur, buna misal olaraq Mahaçqala hava limanındakı iğtişaşları göstərmək olar.Ola bilsin ki, gələcəkdə Telegram-ın bloku açılsın.

Bunu Qəmzətov bildirib.

Məşhur messencerlərin analoqlarından, məsələn, VK-dan istifadə etməyi tövsiyə edib.

2023-cü ilin oktyabrında Mahaçqala hava limanına Təl-Əvivdən müntəzəm reys gələn zaman kütləvi iğtişaşlar baş verdi.

Bu, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda baş verib. Onlarla şübhəli saxlanılıb və səlahiyyətlilər Rusiyaya düşmən qüvvələrin sosial şəbəkələr vasitəsilə vətəndaşları təhrik və təxribat törətdiyini bildiriblər.

Əli Babayev

Seçilən
8
sia.az

1Mənbələr