AZ

Qardaşlığın simvolu



Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə hər iki ölkə və millət şərəflə Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin martın 5-də Türkiyəyə səfəri və Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirakı sözün qardaşlığın daha bir simvolu kimi tarixə yazılmış oldu.
Hər iki qardaş ölkə rəhbərinin açılış mərasimindək8i çıxışlarından göründüyü kimi Azərbaycan-türkiyə əlaqələri gündən-günə genişlənir, həyatın bütün sahələrinə sirayət edir və dünyada analoqu olmayan işgüzar, səmimi, dostluq və əməkdaşlıq nümunəsinə çevrilir.
Ölkəmizin başçısı cənab Prezident İlham əliyev öz çıxışında bu əlaqələri, bu əməkdaşlığı belə xarakterizə etmişdir: “Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Əminəm ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək. Bütün bu işlərdə iştirak etmiş yoldaşlarımıza, dostlarımıza öz adımdan təşəkkürümü bildirirəm.”
Cənab Preizdent keçən əsrin 90-cı illərində baş verən hadisələrə ekskurs edərək bildirmişdir ki, “Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular.
Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir.”
Açılışında iştirak etdiyi İğdır-Naxçıvan qaz xəttinin Naxçıvanın enerji təhükəsizliyinə böyük töhfə olacağını, bir əsrdən çox blokadada yaşayan Naxçıvanın bundan sonra ölkənin əsas hissəsi ilə əlaqələrinin daha da yaxşılaşmasında mühüm rol oynayacağını qeyd edən ölkə başçısı bir daha bildirmişdir ki, birgə layihələrin mühüm əhəmiyyəti vardır və olacaqdır: “Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı.”
Bölgədə sülhün, sabitliyin və inkişafın qarantına çevrilən Azərbaycan-Türkiyə münasibətləri, dostluq, qardaşlıq və əməkdaşlıq simvolu kimi nümunə olmaqla yanaşı, həm də böyük Türk dünyasının birliyi yolunda mühüm mərhələ kimi diqqəti çəkməkdədir. Bu da onu göstərir ki, çoxvektorlu xarici siyasətində cənab İlham Əliyev Türk dünyasının ən güclü ölkəsi olan Türkiyə ilə strateji tərəfdaşlıq səviyyəsində olan münasibətləri daha da inkişaf etdirmək əzmindədir.

Səbuhi Əbilov
Bakı Dövlət Universitetinin tələbəsi, YAP Nəsimi rayon təşkilatının fəal üzvü




Seçilən
24
aia.az

1Mənbələr