Polşa çempionatının növbəti turunun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, Renat Dadaşovun çıxış etdiyi “Radomyak” səfərdə “Krakovla” qarşılaşıb.
Qonaq komanda həmyerlimizin son dəqiqədə vurduğu qolla matçdan qalib ayrılıb – 2:1.
“Radomyak” 24 oyundan sonra aktivində 28 xalla 12-ci sırada qərarlaşıb.