Bakı, TurkicWorld
Türkiyə xarici işlər naziri Hakan Fidan sabah İordaniya, Suriya və İraqın yüksək səviyyəli nümayəndə heyətləri ilə sabah Əmmanda keçiriləcək görüşdə iştirak edəcək.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu haqda diplomatik mənbəələr məlumat verib.
Verilən məlumata əsasən, İordaniyanın ev sahibliyi edəcəyi görüşdə təhlükəsizlik sahəsində əməkdaşlıq, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə, həmçinin regional məsələlərin müzakirə olunması gözlənilir.
Bununla yanaşı, Fidan Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, həmçinin İordaniya, İraq, Livan və Suriya xarici işlər və müdafiə nazirləri, Baş Qərargah rəisləri və kəşfiyyat rəhbərləri ilə bir araya gələcək.
Qeyd edək ki, daha öncə Hakan Fidan, Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər və MİT rəhbəri İbrahim Kalın ilə birlikdə 15 yanvarda suriya rəsmiləri ilə, 6 yanvarda isə iordaniyalı həmkarları ilə Ankarada görüşlər keçirmişdi.
Bu formatda təşkil edilən görüşlərin məqsədi, regional məsuliyyət çərçivəsində bütün əməkdaşlıq aspektlərini nəzərdən keçirmək və bölgə problemlərinə həll yolları tapmaqdır.