Misli Premyer Liqasının XXVI turuna start verilir.
İdmanxeber.az-ın-məlumatına görə, turun mərkəzi oyununda “Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edəcək.
Hazırda Ağdam klubu 60 xalla çempionatın vahid lideridir. Son 5 turda qələbə qazana bilməyən Naxçıvan təmsilçisi isə 46 xalla turnir cədvəlində üçüncüdür.
Qeyd edək ki, turun digər oyunları martın 9-da və 10-da keçiriləcək.
Misli Premyer Liqası, 26-cı tur
8 mart
19:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
“Liv Bona Dea Arena”