"Real Madrid"in ikinci qapıçısı olan Andrey Lunin "Barselona"nın diqqətini çəkib.
90deqiqe.Az-ın "Defensa Central"a istinadən verdiyi xəbərə görə, Kataloniya klubunun prezidenti Joan Laporta bu yaxınlarda qapıçının agenti ilə görüşüb və futbolçunun mümkün transferini müzakirə edib. Luninin nümayəndəsi bildirib ki, futbolçu hələlik "Real Madrid"dən ayrılmağı düşünmür. Madrid klubu da qapıçını birbaşa rəqibə satmaq istəmir.
"Mançester Yunayted" də qapıçının xidmətində maraqlıdır.
Bu mövsüm Lunin meydanda 9 matçda meydana çıxıb və 12 qol buraxıb.