AZ

Keçmiş səfir: “Ruslar ABŞ-la İran arasında vasitəçi ola bilməzlər”

“Rusların İran və ABŞ arasında vasitəçilik etməyə hazır olduğuna heç bir şübhə yoxdur, lakin onların faktiki olaraq düzgün vasitəçilik edə biləcəkləri şübhəlidir”. Tribunainfo.az xəbər verir ki, bu fikirlərin müəllifi İranın Rusiyadakı keçmiş səfiri Nemətullah İzadidir.

Onun sözlərinə görə, rusların özləri də İran və ABŞ, eləcə də İran və Avropa arasında regiondakı məsələlərdə rolu və marağı var. “Onlar bu səbəbdən neytral vasitəçi ola bilməzlər. Ona görə də hesab edirəm ki, bu, keçmişdə olmadığı kimi, əsaslı şəkildə mümkün deyil”.

Seçilən
12
tribunainfo.az

1Mənbələr