İtaliyanın “Milan” klubu baş məşqçi Serxio Konseysao ilə yolları ayıra bilər.
“Report” xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkələrdə məlumat yayıb.
Klub rəhbərliyi A Seriyasında “Leççe” və Komo” ilə matçlarda uğursuzluq yaşayacağı təqdirdə 50 yaşlı mütəxəssisi istefaya göndərəcək.
Qeyd edək ki, S.Konseysao 2024-cü ilin dekabrından Milan təmsilçisini çalışdırır.