AZ

Telefondan 3 gün istifadə etməmək beynin fəaliyyətini dəyişdirə bilər

BAKI, TurkicWorld

Almaniyalı alimlər tərəfindən aparılan araşdırmaya görə, 72 saatlıq telefon istifadəsi məhdudiyyəti beynin mükafat və asılılıq mexanizmlərinə təsir göstərir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Heydelberq və Köln universitetlərinin tədqiqatçıları smartfon istifadəsinin beyin fəaliyyətinə təsirlərini öyrənmək məqsədilə 18-30 yaş arasında 25 iştirakçı ilə eksperiment aparıblar.

Tədqiqat zamanı iştirakçılardan 72 saat ərzində smartfondan istifadəni minimuma endirmələri istənilib, yalnız əsas ünsiyyət və işlə bağlı fəaliyyətlərə icazə verilib. Beyin fəaliyyətinin izlənməsi üçün maqnit rezonans görüntüləmə (MRT) və psixoloji testlər aparılıb.rir

Alimlər iştirakçılara telefonların açıq və sönük şəkillərini, eləcə də neytral obyektlər (çiçəklər, qayıqlar və s.) göstəriblər.

MRT taramaları nəticəsində məlum olub ki, telefon görüntüləri beynin mükafat və asılılıqla bağlı bölgələrində aktivliyi artırır. Bu aktivlik siqaret, spirt kimi maddələrə qarşı yaranan asılılıq reaksiyalarına bənzəyir.
Dopamin və serotonin sistemlərində dəyişikliklər müşahidə olunub – bu kimyəvi maddələr asılılıq və əhval nəzarətində əsas rol oynayır.

Psixoloji testlər nəticəsində iştirakçıların əhvalında ümumi ciddi dəyişiklik qeydə alınmasa da, bəzi iştirakçılar telefon istifadəsi məhdudlaşdırıldıqdan sonra daha yaxşı hiss etdiklərini bildiriblər.

Bu tapıntılar göstərir ki, telefon istifadəsinin təsiri fərddən asılı olaraq dəyişə bilər.

Tədqiqatçılar gələcək araşdırmalarda sosial mediadan istifadə və sosial qarşılıqlı əlaqənin beyin fəaliyyətinə təsirini daha ətraflı araşdırmaq niyyətindədirlər.

Seçilən
11
turkic.world

1Mənbələr