AZ

İtaliya 7 il əvvəl saxlanılan mühacirlərə kompensasiya ödəyəcək

İtaliyada 2018-ci ildə Aralıq dənizində xilas edilən və 10 gün ərzində sahil mühafizə gəmisində saxlanan qeyri-qanuni miqrantlara kompensasiya ödəniləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Ali Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, hökumət 2018-ci ilin avqust ayında o dövrün siyasətinə uyğun olaraq İtaliya Sahil Mühafizə Xidmətinin “Diciotti” gəmisinin sahilə yanaşmasına icazə verilməməsi səbəbindən 10 gün gəmidə saxlanılan mühacirlərə kompensasiya ödəyəcək. Bu addım miqrantların şəxsi azadlıqlarından məhrum edilməsi faktı kimi qiymətləndirilib.

Qərar hökumətin reaksiyasına səbəb olub və mübahisəli adlandırılıb.

Xatırladaq ki, “Diciotti” gəmisi 2018-ci il avqustun 16-da Maltaya girişi qadağan edilmiş qayıqdan 190 miqrantı xilas etmiş, mühacirlərdən 13-ü səhhətində yaranan problemlərə görə dərhal Lampeduza arasına çatdırılmışdı. Qalan 177 nəfər isə “qapalı liman” siyasətinə uyğun olaraq 10 gün ərzində gəmidə saxlanılmışdı.

Seçilən
16
azpost.info

1Mənbələr