“Apple” 2025-ci ilin sonuna qədər süni intellekt dəstəkli Siri səsli köməkçisinə yeniləmə təqdim edə bilməyəcək.
AzPost xəbər verir ki, bu barədə cümə günü mənbələrə istinadən “Bloomberg“ məlumat yayıb.
Məlumata görə şirkətin Sirinin genişmiqyaslı yenidən işlənməsi vasitəsilə süni intellekt xidmətləri bazarında öz mövqeyini möhkəmləndirmək istəyi məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olub.
Agentlik bildirir ki, səsli köməkçinin yeni versiyasının hazırlanması ilə bağlı problemlər də tələskənlikdən qaynaqlanır.
Qeyd edək ki, şirkət vaxt təyin etməsə də, 2025-ci ilin aprelində iOS 18.4 əməliyyat sisteminin buraxılması ilə birlikdə yeniləmələri yaymağı planlaşdırırdı.
Bildirildiyinə görə Sirinin yenilənməsi ən yaxşı halda 2026-cı ildən tez olmayacaq.