AZ

"Şərab evi"nin satıcısını bıçaqla hədələyən şəxs saxlanılıb - VİDEO

Bakının Nizami rayonunda "Şərab evi"ndə satıcını bıçaqla hədələyərək kassa aparatını ələ keçirən şəxsi polis saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub. 

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
42
15
bakivaxti.az

10Mənbələr