Misli Premyer Liqasının XXVI turunda bu gün "Araz-Naxçıvan" "Qarabağ"la qarşılaşacaq. SİA-nın məlumatına görə, “Liv Bona Dea Arena”da baş tutacaq və Əliyar Ağayevin idarə edəcəyi görüşün start fiti saat 19:00-da səsləndiriləcək.
“Qarabağ” hazırda turnir cədvəlində 60 xalla lider mövqeyindədir. Üçüncü pillədə olan “Araz-Naxçıvan”ın isə 46 var.
Misli Premyer Liqası
III dövrə, XXVI tur
8 mart
19:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
"Liv Bona Dea Arena"
Qeyd edək ki, turun digər görüşləri martın 9-da və 10-da keçiriləcək.