AZ

Trampın bəyanatından sonra bitkoin çökdü – YENİ QİYMƏT

Amerika prezidenti Donald Trampın ABŞ hökumətinin kriptovalyutalarla bağlı planlarını açıqlamasından sonra kriptovalyuta bazarında çökmə baş verib.

"PAŞA Kapital" şirkətinin dövriyyəsi 38% artıb - ŞİRKƏT BÖYÜYÜR

FED,az xəbər verir ki, bitkoin, «Ethereum», «Solana», «Cardano» və «Ripple» kimi aparıcı kriptolar kəskin ucuzlaşıb.

Ucuzlaşmaya səbəb ABŞ hökumətinin bu sahədəki ilkin planlarını açıqlaması olub. İlk baxışdan yeni plan kriptovalyuta bazarına müsbət təyir etməli idi. Belə ki, Ağ ev ABŞ-ın strateji kriptovalyuta ehtiyatının yaradılacağını elan edib.

Belə ki, prezident Donald Tramp martın 7-də ABŞ-ın strateji bitkoin ehtiyatının yaradılması barədə fərman verib. İqtisadçı Devid Saks isə ABŞ hökuməti yanında bununla bağlı yeni yaradılmış məsləhətçi komitənin rəhşbəri təyin edilib. Elan edilib ki, tezliklə ABŞ-ın bitkoin ehtiyatı 200 min bitkoinə çatacaq. Bitkoindən başqa strateji ehtiyatlara müxtəlif cinayət işləri üzrə müsadirə edilmiş  digər kriptovalyutalar da daxil ediləcək.

Üstəlik, «BlackRock» şirkətinin rəhbəri Larri Fink bildirib ki, əgər dünyadakı investisiya fondları öz vəsaitlərinin 5%-ni kriptovalyutalara yatırsalar, bitkoin 700 min dollara qədərə bahalaşa bilər.

Amma ABŞ hökumətinin bu qərarı bitkoinin qiymətinin artması ilə deyil, azalması ilə nəticələnib. Məlum olub ki, ABŞ hökuməti bu ehtiyatları bazardan kriptovalyuta almaqla deyil, müsadirə edilmiş kriptovalyutalarla yaradacaq. Yəni ABŞ hökuməti bitkoin almağa pul xərcləməyəcək və bu sahəyə investisiya yatırmayacaq.

Belə ki, bu qərardan sonra bitkoin 5,21% ucuzlaşaraq 85 780 dollara, Ethereum 4,55% ucuzlaşaraq 2 122 dollara, Cardano 11,62% ucuzlaşaraq 0,811 dollara, Solana 2,64% ucuzlaşaraq 141,47 dollara, Ripple isə 9,99% ucuzlaşaraq 2,35 dollara düşüb.

Sonradan vəziyyət bir qədər dəyişib və hazırda bitkoin 86 min dollardan yuxarı satılır.

Xatırladaq ki, bitkoinin qiymətində rekord göstərici bu il yanvarın 20-də qeydə alınıb - 109 min dollar.

Seçilən
11
fed.az

1Mənbələr