AZ

"Mançester Yunayted" hücumçu alır 

İngiltərənin "Mançester Yunayted" klubu yay transfer pəncərəsi üçün yeni hədəf tapıb.

Bakıvaxtı.az bildirir ki, bir sıra ingilis nəşrlərinin yazdığına görə, mankunianlılar "Kristal Pelas"dan Jan-Filip Matetanı almaq niyyətindədirlər. Fransız hücum mövqeyini gücləndirməyə namizədlərdən biridir.

"Qırmızı şeytanlar" son bir neçə ayda Matetanı diqqətlə izləyib. 

27 yaşlı hücumçunun potensial transfer qiyməti 60 milyon funt-sterlinq dəyərində ola bilər.

Bu mövsüm futbolçu 33 oyunda 15 qol vurub.

Xatırladaq ki, Mateta bundan əvvəl dəhşətli zədə almışdı. /Lent.az

Seçilən
1
bakivaxti.az

1Mənbələr