Kolumbiyalı futbolçu Radamel Falkao karyerası ilə bağlı yekun qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, ulduz oyunçu futbolla vidalaşıb. 39 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
Təcrübəli forvard karyerası ərzində “River Pleyt”, “Portu”, “Atletiko”, “Monako”, “Mançester Yunayted”, “Çelsi”, “Qalatasaray” və “Rayo Valyekano”da çıxış edib.
Falkao Kolumbiya millisinin heyətində keçirdiyi 105 rəsmi matçda 36 qol vurub.