AZ

Argentinada leysan yağışları - 10 ölü - YENİLƏNİB

Argentinanın Buenos-Ayres əyalətinin cənubunda baş verən daşqınlar nəticəsində azı 10 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “La Nacion” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Federal hökumət daşqının nəticələrinin aradan qaldırılması üçün 10 milyard peso (9 milyon dollar) ayırmağı vəd edib.

***

09:00

Argentinanın Bahiya-Blanka liman şəhərində yağan güclü yağışlar 6 nəfərin həyatına son qoyub və güclü daşqınlara səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə cümə günü “Reuters“ agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, leysan yağışları avtomobilləri kürüyüb, ağacları qırıb və yüzlərlə insanı işıqsız qoyub.

Meteoroloqlar hava proqnozunun ürəkaçan olmadığı barədə xəbərdarlıq ediblər. Alimlər yeni bir fırtınanın bölgəni vuracağını gözləyirlər. Cəmi bir neçə saat ərzində əraziyə 200 mm-dən çox yağış düşüb.

Seçilən
37
1
bakivaxti.az

1Mənbələr