AZ

İğdır-Naxçıvan qaz kəməri: regionun enerji təhlükəsizliyinin təminatında yeni mərhələ

Bakı. Trend:

Təməli 2023-cü ildə Azərbaycan və Türkiyə prezidentləritərəfindən qoyulan İğdır-Naxçıvan qaz kəmərinin bir neçə gün bundanəvvəl açılış mərasimi baş tutdu. Bununla da Naxçıvan artıq birbaşaTürkiyədən qaz idxal edəcək ki, bu da onun enerji təminatını dahasabit və etibarlı hala gətirəcək. Çünki buna qədər Naxçıvana qazBakı-Astara kəməri vasitəsilə İrandan svop şəklində ötürülürdü.Yeni qaz kəməri isə artıq bu asılılığı aradan qaldırılacaq, eynizamanda Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlığıdaha da gücləndirəcək. Ona görə də İğdır-Naxçıvan qaz kəmərinin həmiqtisadi, həm də geosiyasi baxımdan iki ölkənin əlaqələrinin dahada möhkəmlənməsinə töhfə verəcəyi bildirilir. Bu kəmər təkcəAzərbaycan və Türkiyə üçün deyil, bütövlükdə Cənubi Qafqaz vəAnadolu bölgəsinin enerji təhlükəsizliyi baxımından əhəmiyyətlilayihələrdən hesab edilir.

Mütəxəssislərin də fikrincə, İğdır-Naxçıvan qaz kəməri regiondasabitliyi və enerji təchizatının diversifikasiyasını gücləndirənmühüm layihələrdəndir.

İqtisadçı Eldəniz Əmirov Trend-ə açıqlamasında İğdır-Naxçıvan qaz kəmərininideya olaraq 2009-cu ildə formalaşdığını deyib. Onun sözlərinəgörə, bu məsələnin strateji əhəmiyyəti hər zaman Azərbaycantərəfindən yüksək qiymətləndirilib: “Bir neçə gün əvvəl artıq bizhəmin kəmərin açılışını gördük. Bu kəmər Naxçıvan MuxtarRespublikasının təkcə istehlakçılarının deyil, eyni zamandatəsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinin yüksək səviyyədətəmin olunmasında öz rolunu oynayacaqdır. Günlük 2 milyon, illik730 milyon kubmetr həcmində bir idxal muxtar respublikaiqtisadiyyatı üçün sözsüz ki qənaətbəxş hesab edilə bilər”.

Bu kəmərin gücünün2 dəfədən çox artırılması imkanı vardır…

İqtisadçı qeyd edib ki, perpektivdə sözügedən kəmərin gücünün 2dəfədən çox artırılması imkanı da var: “Eyni zamanda Zəngəzurdəhlizi açıldıqdan sonra bu kəmər Azərbaycan qazını sözügedəndəhliz üzərindən Naxçıvan və Türkiyədən keçməklə geri istiqamətdəTürkiyə və Avropaya çatdıra biləcək. Məsələnin əsas tərəfi budur.Düşünürəm ki, bu kəmər bu gün Naxçıvana qaz tədarük edirsə,gələcəkdə Naxçıvandan qaz tədarükünü təmin edə biləcək”.

Naxçıvan Muxtar Respublikasında qaz anbarınınyaradılmasına ehtiyac var…

E. Əmirov həmçinin orta perspektivdə Naxçıvan MuxtarRespublikasında qaz anbarının yaradılmasının zəruri olduğunuvurğulayıb: “Naxçıvan Muxtar Respublikasında qaz anbarınınyaradılmasına ehtiyac vardır. Çünki boru kəmərlərində müəyyənfasilələr yaranan zaman əhalinin, xüsusən də iqtisadi fəaliyyətləməşğul olan təsərrüfat subyektlərinin enerji təminatının kəsilməsiciddi problemlər yaradır. Naxçıvan Muxtar Respublikasında qazanbarının yaradılması bu problemi sığortalamış olar. Bildiyimizkimi, Naxçıvanda duz yataqları vardır və onlar qaz anbarlarınınyaradılması üçün dünyada istifadə edilən bir neçə təbii şərtlərdənbiridir. Amma Naxçıvanda duz yataqları hətta buna imkan verməsəbelə, izotermik qaz yataqlarının yaradılması mümkündür. Bununlabağlı Azərbaycanın kifayət qədər peşəkar mütəxəssisləri vardır.Hesab edirəm ki, orta perspektivdə bu məsələyə baxılması dahaməqsədəuyğun olardı”.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Trend-ə açıqlamasındaİğdır-Naxçıvan qaz kəmərinin regionun enerji təhlükəsizliyinə töhfəverəcəyini deyib. O bildirib ki, İğdır-Naxçıvan qaz kəməriNaxçıvanın mavi qaza olan tələbatının bir mənbədən asılılığınınaradan qaldırılması baxımından vacibdir: “Kəmər vasitəsiləNaxçıvana ildə 750 milyon kubmetrə yaxın mavi qaz nəql ediləcək,daha sonra mavi qazın illik həcmi iki dəfə artırılacaq, bu daNaxçıvanın artan tələbinin ödənilməsinə imkan yaradacaq.

Kəmərin əsas üstünlüyü Naxçıvanda mavi qaza olan tələbinfasiləsiz ödənilməsinin təmin edilməsi və Naxçıvanın enerjitəhlükəsizliyinin formalaşdırılmasıdır”.

“Bundan əlavə, Naxçıvan tam olaraq mavi qazı qardaş Türkiyəvasitəsilə alacaq, bu da asılılığı aradan qaldırmış olacaq. Digərtərəfdən, bu cür kəmərlərin çəkilməsi regionda enerji təminatıbaxımından vacibdir. Hətta bu layihə bütövlükdə regionun enerjitəhlükəsizliyinə töhfə kimi qiymətləndirilir. Gələcəkdə, xüsusiləZəngəzur dəhlizi istifadəyə verildikdən sonra region üçün xüsusitöhfəsi olacaq.

Kəmər həm də Azərbaycan və Türkiyə arasında münasibətlərindərinləşməsini göstərən əsas layihələrdən biri kimi çıxış edəcək”,- deyə V. Bayramov vurğulayıb.

Naxçıvanda qaz təchizatının daha etibarlı və davamlı olması həmsənayenin inkişafı, həm də əhalinin rifahına müsbət təsirgöstərəcək. Sənaye müəssisələrinin enerji təminatı yaxşılaşacaq,yeni investisiya imkanları yaranacaq və əhalinin sosial rifahıyüksələcək.

Bu səbəblərə görə İğdır-Naxçıvan qaz kəməri həm iqtisadi, həmsiyasi, həm də enerji təhlükəsizliyi baxımından mühüm stratejilayihə hesab olunur.

Seçilən
19
6
az.trend.az

7Mənbələr