AZ

MPL: "Qarabağ" azlıqda qalan "Araz-Naxçıvan"a qalib gəlir - YENİLƏNİR

Misli Premyer Liqasının XXVI tur bu gün start götürəcək.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun ilk günündə bir qarşılaşma keçiriləcək. 

Açılış matçında turun mərkəzi oyunu olan “Araz-Naxçıvan” – “Qarabağ” görüşü reallaşacaq. 

Çempionatda 5 oyundur qələbə qazana bilməyən Elmar Baxşıyevin komandası liderə məğlub olacağı halda, həm bu uğursuz seriya uzanacaq, həm də "Qarabağ"la xal fərqi 17-yə çatacaq. Belədə nəinki "Zirə" də uzaqlaşacaq, özünün hazırda qərarlaşdığı 3-cü pillədəki mövqe də risk altına düşəcək. 

Qeyd edək ki, turun digər oyunları 9 (“Şamaxı” – “Sabah”, “Zirə” – “Səbail”) və 10 (“Sumqayıt” – “Kəpəz”, “Neftçi” – “Turan Tovuz”) martda keçiriləcək.

Misli Premyer Liqası
XXVI tur
8 mart

“Araz-Naxçıvan” – “Qarabağ” 1:2 (2-ci hissə) 
Qollar: Felipe Santos, 35 - Nəriman Axundzadə, 44. Leandro Andrade, 77.
Qırmızı vərəqə: Felipe Santos, 82. 

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev.
VAR: Əliyar Ağayev, Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
"Liv Bona Dea Arena"

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 97. Felipe Santos, 10. Bernardo Dias, 9. Əyyub Allaş. 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli. 
Baş məşqçi: Elmar Baxşıyev. 

"Qarabağ": 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov. 

Seçilən
27
fanat.az

1Mənbələr