Lukas Vaskes yayda Madrid “Real”ından ayrılacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə “Relovo” məlumat yayıb. Klubla sözləşməsi 2025-ci ilin yayında başa çatacaq İspan müdafiəçini qeyri-müəyyən gələcək gözləyir. “Kral klubu” elə qarşıdakı transfer pəncərəsində müdafiənin sağ cinahını Trent Aleksander-Arnoldla doldurmağı planlaşdırır. “Real”ın Arnolda şifahi razılığa gəldiyi bildirilir.
Beləliklə, “Los Blankos”un Vaskeslə yeni müqavilə imzalamayacağı ehtimal olunur.