Hazırda davam edən Azərbaycan Premyer Liqasında “Araz-Naxçıvan”-“Qarabağ” qarşılaşmasında futbolçular arasında gərginlik yaşanıb.
Axar.az xəbər verir ki, insident “Qarabağ” futbolçusu Yassin Benzia ilə Naxçıvan təmsilçisinin futbolçusu Felipe Santos arasında başlayıb. Daha sonra hər iki komandanın futbolçuları davaya qarşıb.
Bir müddət sonra aranı sakitləşdirmək mümkün olub. Hakim insidentlə bağlı Santosa qırmızı vərəqə, Benzia, Musa Qurbanlı və Bəxtiyar Həsənəlizadəyə sarı vərəqə göstərib.
Davam edən görüşdə “Qarabağ” 3-1 qalib gəlir.