Bu gün Misli Premyer Liqasının 26-cı tura start verilib.
QOL.az xəbər verir ki, ilk gündə bir matç keçirilir.
Turun mərkəzi oyununda “Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edir.
Hazırda Ağdam klubu 60 xalla çempionatın vahid lideridir. Son 5 turda qələbə qazana bilməyən Naxçıvan təmsilçisi isə 46 xalla turnir cədvəlində üçüncüdür.
Cari mövsüm bu komandaların qarşıdurmalarında “Qarabağ”ın üstünlüyü var. İlk dövrədə rəqibini 4:1 hesabı ilə hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası ikinci görüşdə də 3 xalı 2 cavabsız qolla qazanıb.
Qeyd edək ki, turun digər oyunları martın 9-da və 10-da keçiriləcək.
Misli Premyer Liqası, 26-cı tur
8 mart
19:00. “Araz-Naxçıvan” - “Qarabağ” - 1:3 (İkinci hissə)
Qollar: Felipe Santos, 35 (1:0), Nəriman Axundzadə, 44 (1:1), Leandro Andrade, 75 (1:2), Emmanuel Addai, 90+6 (1:3)
Qırmızı vərəqə: Felipe Santos, 82 ("Araz-Naxçıvan")
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
"Liv Bona Dea Arena"
9 mart
15:00. “Şamaxı” - “Sabah”
17:30. “Zirə” - “Səbail”
10 mart
17:00. “Sumqayıt” – “Kəpəz”
19:30. “Neftçi” - “Turan Tovuz”
Bombardirlər:
Leandro Anderade ("Qarabağ") - 10 qol
Felipe Santos ("Araz Naxçıvan") - 9 qol
Cesse Sekidika ("Sabah") - 9 qol
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Davit Volkov ("Zirə") - 8 qol
Salifu Suma ("Zirə") - 8 qol
Pavol Şafranko ("Sabah") - 7 qol