AZ

“Araz Naxçıvan” “Qarabağ”a məğlub oldu  – YENİLƏNİB  

Misli Premyer Liqasının XXVI turuna start verilib.

İdmanxeber.az-ın-məlumatına görə, turun mərkəzi oyununda “Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edib. Görüş qonaqların qələbəsilə başa çatıb – 2:1.

Hazırda Ağdam klubu 63 xalla çempionatın vahid lideridir. Son 6 turda qələbə qazana bilməyən Naxçıvan təmsilçisi isə 46 xalla turnir cədvəlində üçüncüdür. 

Qeyd edək ki, turun digər oyunları martın 9-da və 10-da keçiriləcək. 

Misli Premyer Liqası, 26-cı tur

8 mart

19:00. “Araz-Naxçıvan” – “Qarabağ” 1:2

Qollar: Felipe Santos, 35 (1:0), Nəriman Axundzadə, 44 (1:1), Leandro Andrade, 75 (1:2)
Qırmızı vərəqə: Felipe Santos, 82 (“Araz-Naxçıvan”)
Hakimlər:
 Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev

VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
“Liv Bona Dea Arena”

Seçilən
14
7
idmanxeber.az

9Mənbələr