Mənim gözəl gəlinim,sevimli gəlinim,
Səni dünyası tək,çox sevir anan.
Sən öz övladını sevdiyin kimi,
Mən də öz oğlumu sevirəm inan.
Mənə etdiklərin,sənin bir zaman,
Nəsibin olacaq,sevimli insan.
******
Hər gün “statusa” qoyub,baxırsan,
Oğlunu,qızını sən sevə-sevə.
Bütün babalara,həm nənələrə,
Övladdan əzizdi,şirindi nəvə.
Mənə etdiklərin,sənin bir zaman,
Nəsibin olacaq,sevimli insan.
******
Həyatın qaydası,qanunu budu.
Ağacı əkənlər,meyvəsin dərər.
Kim nə eyləyibsə,inan həyatda,
Zamanı gələndə,əvəzin görər.
Mənə etdiklərin,sənin bir zaman,
Nəsibin olacaq,sevimli insan.
******
Bir alqış eyləyim,sənə həyatda,
Gəlin qismət olsun,sənə,sənin tək.
Sən məni sevərək,hörmət edirsən,
Gəlinin hörmət etsin,sənə,sənin tək.
Mənə etdiklərin,sənin bir zaman,
Nəsibin olacaq,sevimli insan.
******
Sənə can sağlığı,xoş istirahət,
Birdə özün kimi,gəlin istərəm.
Birdə anan kimi,yaxşı bir qohum,
Etdiyinin,gəlhagəlin istərəm.
Mənə etdiklərin,sənin bir zaman,
Nəsibin olacaq,sevimli insan.
******
8 mart münasibəti ilə,gəlnini çox sevən bir ananın xahişi ilə yazmışam.
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.